Avropa Liqası: “Fənərbağça” yunanları əzib keçdi
09 noyabr 2012 11:16 (UTC +04:00)

Avropa Liqası: “Fənərbağça” yunanları əzib keçdi

Lent.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Neftçi” Rusiya “Rubin”inə Bakıda da uduzaraq, növbəti mərhələ şanslarını tamamilə itirib.

H qrupunun favoriti sayılan İtaliya “İnter”i də “Rubin” kimi növbəti qələbəsini qazanaraq 1/16 finala vəsiqə qazanıb.

Turun oyunlarından biri Türkiyənin İstanbul şəhərində keçirilib. “Fənərbağça” Yunan Kiprinin təmsilçisi olan AEL-i ardıcıl ikinci oyunda da qapısından tor buraxmadan məğlub edib. İtaliya “Napoli”si isə öz meydanında hesabda geri düşməsinə baxmayaraq Ukrayna “Dnepr”ini Edinson Kavaninin vurduğu 4 qolla yenib.

Fənərbağça - AEL Limassol: 2-0
Anji - Liverpul: 1-0
Udineze – Younq Boys: 2-3
Akademika - Atletiko Madrid: 2-0
Viktoria Plzen - Hapoel Təl Aviv: 4-0
Marsel - Münhenqladbax: 2-2
Bordo - Maritimo: 1-0
Klub Brügge - Nyukasl: 2-2
Kopenhagen - Ştuttqart: 0-2
Molde - Steaua: 1-2
AIK Stokholm - PSV : 1-0
Napoli - Dnepr: 4-2
Neftçi - Rubin: 0-1
Latso - Panatinaikos: 3-0
Bazel - Videoton: 1-0
Hannover 96 - Helsinqborq: 3-2
Hapoel Şmona - Sparta Praqa: 1-1
Bayer - Rapid : 3-0
Metallist - Rosenborq: 3-1
Partizan - İnter: 1-3
Sportinq - Genk: 1-1
Tottenhem - Maribor: 3-1
Tvente - Levante: 0-0
Athletik Bilbao - Lion: 2-3
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1292

Oxşar yazılar