AFFA “Neftçi” üçün 17 min bilet satıb
Noyabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” və Rusiyanın “Rubin” komandaları arasında keçiriləcək futbol üzrə Avropa Liqası matçına bilet satışı yenə AFFA tərəfindən həyata keçirilir. Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
Bu səbəbdən, o, matça nə qədər biletin satılmasından xəbərsiz olduğunu bildirib.
“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə isə Lent.az-a deyib ki, artıq 17 min bilet satılıb. Soyuq və küləkli hava şəraitinə baxmayaraq, oyuna maraq böyükdür. Matç saatlarında bilet satışının daha da intensivləşəcəyi gözlənilir. 32 min tamaşaçı tutumuna malik stadionun saat 21:00-da başlanacaq oyunadək dolacağı gözlənilir.
Qeyd edək ki, iki həftə öncə Kazanda şaxtalı hava şəraitində keçirilmiş “Rubin” – “Neftçi” matçını cəmi 5 min azarkeş izləyib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46