Respublika stadionuna 10 il zəmanət verilib
Tofiq Bəhramov adına Respublika stadionunda yenidənqurma işlərini həyata keçirmiş cənubi koreyalı mütəxəssislər 10 ilədək zəmanət veriblər. Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, Bakıda əsən güclü külək stadionda heç bir ciddi problem yarada bilməz. İsmayılov bildirib ki, meydan çökəklikdə yerləşdiyindən və üstü bağlı olduğundan, küləyin “Neftçi” və Rusiyanın “Rubin” komandaları arasında keçiriləcək Avropa Liqası matçının gedişinə təsiri inandırıcı deyil. Digər tərəfdən, hər iki komanda eyni şəraitdə çıxış edəcək. Direktor soyuq küləyin yalnız jurnalistlər sektoruna təsirini istisna etməyib.
Qeyd edək ki, “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq.
Elşən MƏMMƏDOV

930