“Bakı” 3 futbolçudan təmizləndi
“Bakı” futbol klubunda rəhbərlik, məşqçilər və futbolçuların iştirakı ilə toplantı keçirilib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, obyektiv və subyektiv amillərin komandanın nəticələrinə göstərdiyi təsir, işlərin gedişi ətrafında aparılan müzakirələr nəticəsində əsas komandanın fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirilib.
Klubun baş meneceri Zeynal Məmmədov “Bakı”nın turnir cədvəlində tutduğu yer, inamsız oyunlar seriyası və qeydə alınan nəticələrlə bağlı iradlarının bildirərək, komanda üzvlərinə ciddi xəbərdarlıq edib. Komanda qarşısında tezliklə sadalanan nöqsanları aradan qaldırmaq və köklü dəyişikliyə nail olmaq vəzifəsi qoyulub.
Baş məşqçi Bojidar Bandoviçin diqqətinə çatdırılıb ki, “Bakı”nın qarşısına qoyulan həm çempionluq, həm də kuboku qazanmaq vəzifələri dəyişilməz olaraq qüvvədə qalır. “Hədəflər dəyişməyib, sizdən tələb olunan - yaradılan ən yüksək şəraitin qarşılığını vermək, azarkeşlərimiz və klub rəhbərliyinin etimadını doğrultmaqdır” deyən Məmmədov səbr limitinin tükəndiyini, bu istiqamətdə yaxşılığa doğru köklü və ciddi dəyişikliklərin vaxtı çatdığını bildirib.
Geridə qalan oyunlarda baş məşqçi və klub rəhbərliyinin etimadını doğrultmayan futbolçulardan Evangelios Mantsios, Leandro Beçerra və Cəmşid Məhərrəmov əsas komandanın heyətindən kənarlaşdırılaraq əvəzedici komandanın düşərgəsinə göndəriliblər.
Qeyd edək ki, 2007-ci ildən “Bakı”da çıxış edən Cəmşid Məhərrəmov komandanın kapitanı olub. Evangelios Mantsios və Leandro Beçerra isə yay transfer dövründə məhz Bojidar Bandoviçin baş məşqçi təyinatından sonra alınıb.

1057