Azərbaycan MOK-un yubileyi təntənəli mərasimlə qeyd olunub
Noyabrın 7-də Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasimdə çıxış edən prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin tarixinin müstəqilliyimizin tarixi ilə üst-üstə düşdüyünü bildirib. Onun sözlərinə görə, “1990-cı illərin ortalarından başlayaraq bu günə qədər Olimpiya hərəkatı sahəsində böyük işlər görülüb, idmanın müxtəlif növlərinin inkişafı üçün uğurlu addımlar atılıb. Bu illər ərzində idman uğurlarımız artıb, eyni zamanda, beynəlxalq əlaqələrimiz genişlənib”.
Dövlət başçısı bu gün ölkəmizdə beynəlxalq Olimpiya federasiyalarının dəstəyi ilə müxtəlif idman növləri üzrə çempionatların keçirildiyini söyləyib. Prezident İlham Əliyev vurğulayıb ki, qonaqpərvərliyimiz və yüksək səviyyədə təşkilatçılığımız bu idman yarışları üçün nadir şərait yaradır.
Dövlət başçısı onu da bildirib ki, Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşılır, kompleks tədbirlər görülür və ilk növbədə, bu istiqamətdə çox uğurlu dövlət siyasəti aparılır.
Sonra Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç çıxış edərək Avropa Olimpiya Komitəsinin prezidentinin və İcraiyyə Komitəsinin üzvlərinin təbriklərini çatdırıb.
Azərbaycanı gələcəyə nəzər salan idman ölkəsi adlandıran Janez Koçijançiç Milli Olimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsini prezident İlham Əliyevə təqdim edib.
Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti rəhbərlik etdiyi qurumun Azərbaycanın Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlığından danışdı və Azərbaycanda idmanın, xüsusilə də güləşin inkişafına verilən dəstəyə görə dünyanın bütün güləşçiləri adından minnətdarlığın bildirib.
Sonra Azərbaycanın tanınmış incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.

1459