Flavinyo: “Bu, bizim üçün son şansdır”
“Kazandakı görüşün ilk yarısında biz yaxşı oynamamışdıq. Təzyiq qarşısında irəli çıxa bilmirdik. Hava şəraiti bizə çox təsir etmişdi. Amma ikinci hissədə yaxşı oynadıq. Qol da vura bilərdik. Fikrimcə, bərabər səviyyədə çıxış etdik”. Lent.az-ın məlumatına görə, bunu “Neftçi” klubunun futbolçusu Flavinyo Rusiya “Rubin”i ilə noyabrın 8-də keçirəcəkləri Avropa Liqası matçı öncəsi mətbuat konfransında deyib.
Braziliyalı müdafiəçinin fikrincə, “Neftçi” Kazandakı oyunun ikinci hissəsindəki kimi çıxış etsə, Bakıda qələbə qazana bilər. Flavinyo bunun üçün əllərindən gələni edəcəklərini söyləyib. O, həmçinin “Rubin”lə qarşılaşmanı komandası üçün növbəti mərhələyə yüksəlmək baxımından son şans kimi dəyərləndirib: “Avroliqanın qrupuna düşmək bizim üçün arzu, yuxu kimi idi. Amma indi növbəti mərhələ barədə düşünürük. Bu oyunu uduzsaq, bilirik ki, qrupdan çıxma şansımız yoxdur. Ona görə də mütləq qələbəyə köklənməliyik. İnanırıq ki, azarkeşlər də tribunaları dolduraraq, bizi sevindirəcəklər”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06