İqor Mitreski: “Sabah bizim günümüz olacaq”
“Avroliqa oyunları elə bir təcrübədir ki, ondan maksimum yararlanmaq lazımdır”. Lent.az-ın məlumatına görə, bunu “Neftçi” klubunun futbolçusu İqor Mitreski Rusiya “Rubin”i ilə noyabrın 8-də keçirəcəkləri Avropa Liqası matçı öncəsi mətbuat konfransında deyib.
Vaxtilə Rusiyanın “Spartak” komandasının heyətində Avropa kuboklarının iştirakçısı olmuş makedoniyalı müdafiəçi bütün yarışlara peşəkar səviyyədə hazırlaşmağın vacibliyini vurğulayıb. O, “Rubin”ə qarşı açıq oyun sərgiləyəcəklərini söyləyib: “Bizdə hər bir oyunçu baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışır. Hamı bir-birinə kömək etməlidir. İnanıram ki, sabah da belə olacaq. Futbol komanda oyunudur. Rəqib nə qədər imkan versə, o qədər də yaxşı oynamağa çalışacağıq. Alınsa, qol vurmağa çalışacağıq. Amma biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Sabah bizim günümüz olacaq”.
Mitreski azarkeş dəstəyinə də ehtiyac duyduqlarını söyləyib. O, hazırda əsas məqsədlərinin yer aldıqları qrupda maksimum xal toplamaqdan ibarət olduğunu vurğulayıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06