Gökdəniz Karadəniz: “Bakıda oynamaq mənə əlavə motivasiya verəcək”
Lent.az-ın məlumatına görə, bunu Rusiyanın “Rubin” klubunun futbolçusu Gökdəniz Karadəniz “Neftçi” ilə noyabrın 8-də keçirəcəkləri Avropa Liqası matçı öncəsi mətbuat konfransında deyib.
Türkiyəli hücumçu bildirib ki, “Neftçi” kollektiv oyunu meydanda əks etdirməyi bacarır. Onun sözlərinə görə, “Rubin”i çətin oyun gözləyir: “Hazırda bütün komandaların eyni gücü var. “Neftçi” də təqribən eyni gücdədir”.
Karadəniz qardaş ölkədə olmaqdan qürur hissi keçirdiyini söyləyərək, əlavə edib ki, peşəkar futbolçu kimi şans veriləcəyi təqdirdə əlindən gələnin ən yaxşısını etməyə çalışacaq: “Sabah gözəl futbol izləyəcəyinizə inanıram. Əlbəttə, burada oynamaq mənə əlavə motivasiya verir. İstərdim ki, yerli azarkeşlərin gözləri qarşısında yaxşı oynayım”.
Təcrübəli futbolçu Türkiyə yığmasına çağırılmamasının səbəbləri barədə isə danışmaq istəməyib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59