Çempionlar Liqası: “Qalatasaray” ilk qələbə “peşində”
07 noyabr 2012 19:00 (UTC +04:00)

Çempionlar Liqası: “Qalatasaray” ilk qələbə “peşində”

Lent.az-ın məlumatına görə, Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” iki həftə öncə evdə yenə bilmədiyi ÇFR-lə bu dəfə səfərdə üz-üzə gələcək.

H qrupunda yer alan “sarı-qırmızılar” ilk xalı məhz ÇFR-lə matçda əldə edib. İndi isə baş məşqçi Fatih Terimin komandası ilk qələbəni də qazanmalıdır. Əks halda, “Qalatasaray” 1/8 finala vəsiqə şanslarını xeyli çətinləşdirəcək. 3 turdan sonra 9 xala malik “Mançester Yunayted” qrup lideridir. 2-ci yerdə 4 xala malik ÇFR qərarlaşıb. 3 xalı olan “Braqa” isə 3-cü pillədə yer alıb.

Görüş öncəsi keçirdiyi mətbuat konfransında Terim bildirib ki, statistika heç də hər şeyi göstərmir. O, indiyədək futbolda mümkün bəxtsizliklərin böyük hissəsi ilə üzləşdiklərini söyləyib: “Əvvəlki 3 matçımızda öz qapımıza qol vurduq, penaltini qaçırdıq, penaltimiz verilmədi, oynamaq mümkün olmayan meydanda top qovası olduq, rəqib qapımıza yaxınlaşa bilmədiyi halda qol buraxdıq, rəqib üzərinə hücum etməyimizə baxmayaraq, qol vura bilmədik. Ümid edirəm ki, bunlar noyabrın 7-də tərsinə çevriləcək və “Qalatasaray” qrupdakı normal yerinə doğru yavaş-yavaş yeriyəcək”.

Günün qarşılaşmaları:

E qrupu

“Çelsi” (İngiltərə) – “Şaxtyor” (Ukrayna)
Baş hakim:
Karlos Velasko Karbalyo (İspaniya)

“Yuventus” (İtaliya) – “Nordşelland” (Danimarka)
Baş hakim:
Aleksandar Stavrev (Makedoniya)

F qrupu

“Valensiya” (İspaniya) – BATE (Belarus)
Baş hakim:
Tom-Harald Hagen (Norveç)

“Bavariya” (Almaniya) – “Lill” (Fransa)
Baş hakim:
Ovidiu Alin Xetseqan (Rumıniya)

G qrupu

“Benfika” (Portuqaliya) – “Spartak” (Moskva, Rusiya)
Baş hakim:
Florian Mayer (Almaniya)

“Seltik” (Şotlandiya) – “Barselona” (İspaniya)
Baş hakim:
Byorn Keypers (Hollandiya)

H qrupu

“Braqa” (Portuqaliya) - “Mançester Yunayted” (İngiltərə)
Baş hakim:
Feliks Brıx (Almaniya)

ÇFR (Rumıniya) – “Qalatasaray” (Türkiyə)
Baş hakim:
Uilyam Kollam (Şotlandiya)

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067

Oxşar yazılar