ŞOK! Azərbaycan millisi 12 pillə gerilədi - YENİLƏNİB
07 noyabr 2012 13:02 (UTC +04:00)

ŞOK! Azərbaycan millisi 12 pillə gerilədi - YENİLƏNİB

Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 12 pillə geriləyib.

Hazırda 277 xala malik millimiz 123-cü pillədə qərarlaşıb. Yığmamızın 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Portuqaliya 1 pillə geriləyib. Hazırda 1178 xala malik pireneylilər 4-cü pillədə yer alıb. Əvəzində 3 pillə irəliləyən Rusiya 1084 xalla 9-cu, 4 pillə irəliləyən İsrail 452 xalla 78-ci, 17 pillə irəliləyən Şimali İrlandiya isə 356 xalla 100-cüdür. Yalnız Lüksemburq 2 pillə geriləyib. Hazırda “cırtdan ölkə” yığması 179 xalla 144-cü pillədədir.

Siyahıya yenə İspaniya başçılıq edir. 1564 xala malik son dünya və Avropa çempionatlarının qalibini 1421 xalla Almaniya izləyir. Ötən ayla müqayisədə 1 pillə irəliləyən Argentina 1349 xalla 3-cüdür. Türkiyə isə 2 pillə geriləyib. “Ay-ulduzlular” hazırda 639 xalla 38-ci pillədə qərarlaşıb.



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076

Oxşar yazılar