Joze Mourinyodan Cüneyt Çakıra etiraz
07 noyabr 2012 12:36 (UTC +04:00)

Joze Mourinyodan Cüneyt Çakıra etiraz

0
İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə futbol üzrə Çempionlar Liqası matçında türkiyəli baş hakim Cüneyt Çakırın idarəçiliyindən narazı qalıb. Lent.az-ın məlumatına görə, 2:2 hesabı ilə başa çatan qarşılaşmadan sonra portuqaliyalı mütəxəssis Çakıra etirazını bildirib.

Mourinyo paltardəyişmə otağına gedən yolda referi ilə bu barədə danışıb. Baş məşqçi “TVE”nin “Hakimə nə dediniz?” sualını belə cavablandırıb: “Biz 3 təmiz qol vurduq. Hesab 3:2 olmalı idi”.

Qeyd edək ki, mübahisəli epizod ikinci hissənin əvvəllərində baş verib. Xose Kalyexo topu tora göndərsə də, Cüneyt Çakır “ofsayd” qeydə alaraq, qolu saymayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1482

Oxşar yazılar