Ermənini yendi, əsgərliyə yollandı
07 noyabr 2012 11:34 (UTC +04:00)

Ermənini yendi, əsgərliyə yollandı

2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Rusiya yunan-Roma güləşçisi Roman Vlasov hərbi xidmətə çağırılıb. Lent.az-ın məlumatına görə, bu barədə Novosibirsk vilayətinin hərbi komissarı Sergey Xarlamov “RİA Novosti”yə açıqlama verib.

Xarlamov Vlasovun öz istəyi ilə orduya yollandığını bildirib. İdmançını belə qərar verməyə vaxtilə orduda qulluq etmiş 3 qat olimpiya çempionu Aleksandr Karelinin təcrübəsi təsir edib. Vlasov noyabrın 7-də hərbi komissarlığa yollanıb. Oradan onu toplanış məntəqəsinə aparıblar. 22 yaşlı pəhləvan Novosibirsk və ya Tomsk vilayətlərindən birində xidmət keçəcək.

Qeyd edək ki, Roman Vlasov London olimpiadasında final görüşündə ermənistanlı Arsen Culfalakyana qalib gəlib. O, daha öncə dünya və Avropa çempionu da olub. Vlasov Aleksandr Karelinin keçmiş yetirməsi Viktor Kuznetsovun rəhbərliyi altında məşq edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1703

Oxşar yazılar