Daha bir idmançı olimpiya medalından məhrum edildi
Özbəkistanın sərbəst güləşçisi Soslan Tigiyev 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.
Səbəb kimi 74 kq çəki dərəcəsində çıxış etmiş pəhləvanın dopinqdən istifadə etməsi göstərilib. Onun orqanizmindən qadağan olunmuş metilgeksanamin preparatı tapılıb. Tigiyevin diskvalifikasiyasından sonra bürünc medal macarıstanlı Qabor Hatoşa verilib. 3-cü yer uğrunda görüşdə Hatoş məhz özbəkistanlıya uduzub.
London olimpiadasında 74 kq çəkidə digər bürünc medal rusiyalı Denis Tsarquşa qismət olub. Həmin çəkidə Azərbaycanı təmsil etmiş Əşrəf Əliyev 1/8 finalda məhz Tsarquşa yenilərək mübarizəni dayandırıb. Olimpiya çempionu adına finalda iranlı Səid Qudarzini yenmiş ABŞ təmsilçisi Cordan Barrouz layiq görülüb.
Qeyd edək ki, Soslan Tigiyev 2012-ci il London Yay Olimpiadası başa çatdıqdan sonra medaldan məhrum edilən ikinci idmançıdır. Əvvəllər belaruslu nüvə itələyən Nadejda Ostapçukun qızıl medalı əlindən alınıb.

1645