Çempionlar Liqası: “Ölüm-qalım” üçün həlledici oyunlar
06 noyabr 2012 19:00 (UTC +04:00)

Çempionlar Liqası: “Ölüm-qalım” üçün həlledici oyunlar

Lent.az-ın məlumatına görə, 4 qrupda baş tutacaq oyunlar içərisində Almaniya təmsilçiləri “Dortmund “Borussiya”sı ilə “Şalke” komandalarının iştirakı ilə görüşlər daha böyük maraqla gözlənilir.

Türkiyəli referi Cüneyt Çakırın idarə edəcəyi oyunda “Real Madrid” Dortmunddakı 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Yalnız qələbə təqdirində, “kral klubu” yenidən liderliyə yiyələnəcək. Əks təqdirdə, “ölüm qrupu”nda yer alan digər komanda – “Mançester Siti” “Real Madrid”ə yaxınlaşacaq. Hazırda D qrupunda “Borussiya”nın 7, “Real Madrid”in 6, “Ayaks”ın 4, “Mançester Siti”nin 1 xalı var.

“Şalke” isə 7 xalla B qrupuna başçılıq edir. Bu komanda 1 xal üstələdiyi “Arsenal”ı qəbul edəcək. İngiltərə komandası özündən 3 xal geri qalan “Olimpiakos”u yaxına buraxmaq istəmirsə, görüşdən qalib ayrılmalıdır. Çünki baş məşqçi Arsen Vengerin komandası uduzsa, Yunanıstan təmsilçisi debütant və hələ cəmi 1 xalı olan “Monpelye”yə qalib gələrək, “Arsenal”la xalları bərabərləşdirə bilər.

C qrupunda isə debütant “Malaqa” növbəti mərhələyə çox yaxındır. Bunun üçün İspaniya təmsilçisi “Milan” üzərində iki həftə öncə qazandığı qələbənin təsadüfi olmadığını sübuta yetirməlidir. Hazırda “Malaqa”nın 9, “Milan”ın 4 xalı var. 3 xala malik “Zenit” isə Belçikada “Anderlext”i növbəti dəfə yenməyə çalışacaq.

A qrupunda isə Kiyev “Dinamo”su da lider “Portu”ya qalib gəlməlidir. Məhz bu halda Ukrayna təmsilçisi Çempionlar Liqasında növbəti mərhələ şanslarını davam etdirəcək. Hazırda “”Dinamo”nun 3, “Portu”nun 9 xalı var. Hələ xal yığa bilməyən Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının isə Fransada 6 xalı olan PSJ-dən xal alması real görünmür.

A qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Portu” (Portuqaliya)
Baş hakim:
Alberto Undiano Malyenko (İspaniya)

PSJ (Fransa) – “Dinamo” (Zaqreb, Xorvatiya)
Baş hakim:
Pavel Gil (Polşa)

B qrupu

“Şalke” (Almaniya) – “Arsenal” (İngiltərə)
Baş hakim:
Nikola Ritsoli (İtaliya)

“Olimpiakos” (Yunanıstan) – “Monpelye” (Fransa)
Baş hakim:
Mario Straxonya (Xorvatiya)

C qrupu

“Anderlext” (Belçika) – “Zenit” (Rusiya)
Baş hakim:
Antoni Qotye (Fransa)

“Milan” (İtaliya) – “Malaqa” (İspaniya)
Baş hakim:
Hovard Uebb (İngiltərə)

D qrupu

“Real Madrid” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim:
Cüneyt Çakır (Türkiyə)

“Mançester Siti” (İngiltərə) – “Ayaks” (Hollandiya)
Baş hakim:
Peter Rasmussen (Danimarka)

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467

Oxşar yazılar