(R) “Pley-off”a ilk vəsiqələr kimin olacaq?
06 noyabr 2012 15:24 (UTC +04:00)

(R) “Pley-off”a ilk vəsiqələr kimin olacaq?

62 ekspress, 8 “tək oyun”!!! www.etopaz.az-ın bu günkü proqramını qısaca belə təqdim etmək olar. Ekspress oyunlar Rusiya, Braziliya və İngiltərənin aşağı liqalarında keçiriləcək görüşlərdir. Bura həmçinin www.etopaz.az müştəriləri üçün yeni sayılan Cənubi Afrika Respublikası çempionatının matçları da daxildir. “Tək oyun”lar isə UEFA Çempionlar Liqasının qrup mərhələsinin qarşılaşmalarıdır.

Bu axşam keçiriləcək 8 oyunla qrup mərhələsində 4-cü tura start veriləcək. Meydana çıxacaq komandalardan bəziləri qələbə qazanacağı halda vaxtından əvvəl “pley-off” mərhələsinə vəsiqəni təmin edəcək. Söhbət İspaniya “Malaqa”sı və Portuqaliya “Portu”sundan gedir. “Portu” Ukraynanın Kiyevdə “Dinamo”nun qonağı olacaq. 2 həftə əvvəl Portuqaliyada keçirilmiş görüşdə “dinamoçular” 2:3 hesabı ilə məğlub olmuşdu. Bu axşam Ukrayna təmsilçisi məğlubiyyətin əvəzini çıxmazsa, “pley-off”a çıxma şansını xeyli çətinə salacaq. “Portu” isə əksinə, qələbə qazanmaqla növbəti mərhələnin “qapısını açacaq”. www.etopaz.az bu dueldə şansları təxminən bərabər qiymətləndirir: “Dinamo”nun qələbə əmsalı 2.40, “Portu”nun zəfəri isə 2.30. Heç-heçə 3.20 əmsalla dəyərləndirilir.

“Portu” ilə yanaşı, “pley-off”a vəsiqəni bu gün rəsmiləşdirmək imkanı olan digər komanda – “Malaqa”nın işi daha çətindir. İspaniya təmsilçisi İtaliyada “Milan”ın qonağı olacaq. 2 həftə əvvəlki dueldə “Malaqa” “Milan”ı məğlub yola salmışdı - 1:0. Əgər “rossonyerlər” bu axşam da uduzsa, vəziyyətini xeyli çətinləşdirəcək. www.etopaz.az “Milan”ın qələbəsinə daha çox inanır (qələbə əmsalı 1.90). Heç-heçənın əmsalı 3.30-dur. “Malaqa” yenə “Milan”dan güclü olarsa, bu komandanın qələbəsinə inananlar hesabını 3.10 dəfə artıra biləcək.

D qrupundakı oyunlar da həlledici xarakter daşıyır. Hesabında cəmi 1 xalı olan İngiltərə “Mançester Siti”si Hollandiya “Ayaks”ından həm 2 həftə əvvəlki məğlubiyyətin əvəzini çıxmalı, həm də xal ehtiyatını artırmalıdır. www.etopaz.az bu görüşdə əmsalları belə müəyyənləşdirib: “Mançester Siti”nin qələbəsi 1.25, heç-heçə 4.60, “Ayaks”ın zəfəri 7.30.

Qrupun digər komandaları – İspaniya “Real Madrid”i ilə Almaniya “Borussiya”sı arasında da xüsusi haqq-hesab var. “Kral klubu” 14 gün əvvəl Dortmunddakı məğlubiyyətin əvəzini çıxmaq əzmindədir. www.etopaz.az “Real Madrid”in daha real görünən qələbəsini 1.30, “Borussiya”nın sürpriz sayıla biləcək zəfərini isə 6.50 əmsalla dəyərləndirir. Heç-heçə üçün bu rəqəm 4.30-dur.

Gecənin həm “tək”, həm də canlı mərcə açıq olan yeganə oyunu isə “Şalke” – “Arsenal” görüşüdür. İngiltərədə almaniyalılar “Arsenal”a 2 cavabsız qolla qalib gəlmişdi. Amma bu o demək deyil ki, gelzenkirhenlilər bu gecə də asan qələbə qazanacaq. “Arsenal” hər zaman olduğu kimi yenə təhlükəli rəqib sayılır. Bu qarşılaşmada “Şalke”nin qələbəsi proqnozsevərlərə 1.7 dəfə, “Arsenal”ın qalibiyyəti isə 3.6 dəfə artıq qazandıracaq.

www.etopaz.az bu maraqlı və gərgin futbol gecəsində bütün müştərilərinə uğur arzulayır. Oynamaq sizdən, qazandırmaq bizdən!!!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar