“Xəzər Lənkəran” daha azarkeş sayında rekordçu deyil
Lent.az-ın məlumatına görə, II dövrənin baş tutan ilk turunu da nəzərə alsaq komandalar 68 qarşılaşmaya çıxıblar.
Fasiləyə qədər olan müddətdə Premyer Liqa oyunlarını 158 min 190 tamaşaçı izləyib. Bu da orta hesabla hər qarşılaşmaya 2326 azarkeşin təşrif buyurduğunu göstərir. Mövsümün arxada qalan hissəsinin rekordu 8 min tamaşaçıdır. Bu sayda azarkeş 4 matçda qeydə alınıb. İlk turun “Kəpəz” – “Turan”, III turun “Sumqayıt” – “Qarabağ”, VIII turun “Kəpəz” – “Qarabağ” və IX turun “Sumqayıt” – “Rəvan” görüşlərini məhz bu sayda tamaşaçı seyr edib. Mövsümün antirekordu isə “Qarabağ”la “Bakı” arasında görüşdə qeydə alınıb – cəmi 150 tamaşaçı.
2 dəfə rekord sayda azarkeş toplayan “Sumqayıt”ın ev oyunlarını daha çox – 29700 fanat izləyib. Lakin “Gənclik şəhəri” təmsilçisi nisbətən çox – 7 ev oyunu keçirib. Öz meydanındakı matçlarda orta tamaşaçı sayında isə “Xəzər Lənkəran” zirvədədir. “Kəpəz” 2-ci, “Sumqayıt” isə 3-cüdür.

977