Azərbaycan yığmasına qarşı 24 futbolçu
06 noyabr 2012 11:05 (UTC +04:00)

Azərbaycan yığmasına qarşı 24 futbolçu

Futbol üzrə 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinin oyununda Azərbaycan yığması ilə üz-üzə gələcək Şimali İrlandiya yığmasının heyəti açıqlanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Maykl O Neyl noyabrın 14-də keçiriləcək qarşılaşmaya 24 futbolçu çağırıb.

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 9-u yarımmüdafiəçi, 6-sı hücumçudur.

Qapıçılar: Roy Kerol (“Olimpiakos”, Yunanıstan), Alan Mannus ("Sent Conston”), Maykl Makqovern (“Falkirk”)

Müdafiəçilər: Aron Hyuz (“Fulhem”, İngiltərə), Rayan Makqivern (“Mançester Siti”, İngiltərə), Conatan Evans (“Mançester Yunayted”, İngiltərə), Kreyq Ketkart (“Blekpul”, İngiltərə), Qaret Makoli, (“Vest Bromviç”, İngiltərə), Aleks Brus (“Hall Siti”, İngiltərə)

Yarımmüdafiəçilər: Kris Beyrd (“Fulhem”, İngiltərə), Stefan Devis (“Sauthempton”, İngiltərə), Oliver Norvud (“Haddersfild Taun”, İngiltərə), Korri Evans (“Hall Siti”, İngiltərə), Niall Makginn (“Aberdin”), Pet Makkurt (“Seltik”, Şotlandiya), Kris Brant (“Vest Bromviç”, İngiltərə), Şeyn Ferqyuson (“Nyukasl”, İngiltərə), Qrant Makkann (“Peterboro”, İngiltərə)

Hücumçular: Devid Hili (“Bari”, İngiltərə), Din Şils (“Reyncers”, Şotlandiya), Kayl Lafferti (“Syon”, İsveçrə), Uill Qriqq (“Uolsoll”, İngiltərə), Ceymi Uord (“Derbi”, İngiltərə), Endor Litl (“Reyncers”, Şotlandiya).

Qeyd edək ki, Belfast şəhərində keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080

Oxşar yazılar