Azərbaycan komandasını yunan çalışdıracaq
“Lokomotiv Biləcəri” voleybol klubunun baş məşqçisi postunda dəyişiklik edilib.
Apasport.az saytının məlumatına görə, “Lokomotiv”ə yeni çalışdırıcı Cuzeppe Kuçarininin gəlişindən sonra “Lokomotiv Biləcəri” də özünə yeni mütəxəssis tapıb.
Belə ki, ötən mövsümün autsayderini misirəsilli yunanıstanlı Con Nikolakis çalışdıracaq. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Uzun illər “Panatinaikos” və “Olimpiakos” kimi məşhur klubların qadın və kişilərdən ibarət komandasını çalışdıran Nikolakis Yunanıstanda çempionatla kuboku ən çox qazanan məşqçidir.
O, bu ölkənin klubları ilə avrokubokda və Yunanıstanın milli komandasındakı uğurları ilə dünyada yaxşı tanınır. Nikolakis noyabrın 7-də “Azərreyl”lə debüt etməklə adını Super Liqa tarixinə yazdıracaq.
O, çempionatımızda işləyəcək ilk yunanıstanlı olacaq. Yeni çalışdırıcı bu matçda ilk 2 turda qələbə qazana bilməyən komandası ilə qələbə qazanarsa yenə klubda siftəyə imza atacaq. Çünki 2011-ci ildən yaradılan “Lokomotiv Biləcəri” hələ qalib gəlmək nə olduğunu bilmir. Bu azmış kimi, biləcərililər hələ 1 görüşdə 2 set belə qazanmayıblar.
Yeri gəlmişkən, ötən il “Lokomotiv Biləcəri”ni ukraynalı Yuri Fomenko çalışdırsa da, yeni mövsümdən bu vəzifə Eldar Əliyevə həvalə olunmuşdu. Lakin həmyerlimiz baş məşqçiliyi müvəqqəti icra edirdi. Çünki Əliyev eyni zamanda “Lokomotiv”də köməkçi məşqçi işləyir. “Apasport”a açıqlamasında da bunu təsdiqləyən Əliyev bildirib ki, artıq əsas komanda ilə çalışacaq.
Qeyd edək ki, az öncə “Lokomotiv”də belaruslu Pyotr Xilkonu italiyalı Kuçarini əvəzləmişdi

Oxşar yazılar

“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23
"Mançester Yunayted"in futbolçusu Mbappe ilə sevişməkdə şübhəli bilinən qızla görüşür
8 iyul 2025 , 12:54
Hansı oyunçunun forması “Real”a həftədə 32 min avro qazandırır? Mbappe və ya Vinisius deyil
8 iyul 2025 , 09:39
Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50