Güiza Malayziya klubunda
05 noyabr 2012 16:26 (UTC +04:00)

Güiza Malayziya klubunda

İspaniya milli komandasının və Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Daniel Güiza yaxın günlərdə Malayziya “Conor”u ilə müqavilə imzalayacaq. Lent.az-ın məlumatına görə, 32 yaşlı hücumçu artıq Malayziyadadır.

Güiza karyerasını bu ölkədə davam etdirəcəyindən şad olduğunu bildirib: “Açığı, Malayziya futbolu barədə çox da məlumatlı deyiləm. Lakin bura gəlməmişdən öncə yerli çempionatın bir çox oyununun videosunu izləmişəm. Malayziyalıların futbolu çox sevdiklərini görmüşəm. Bura gəldiyim üçün xoşbəxtəm. Bu, mənim üçün yeni və böyük təcrübə olacaq. “Conor”a təkcə Malayziyada deyil, bütün Asiyada ən böyük klub olması üçün köməyə hazıram”.

Qeyd edək ki, “Conor” ötən mövsüm Malayziya çempionatında 14 komanda arasında 9-cu yeri tutub. Daniel Güizanın sonuncu klubu “Xetafe” olub. O, “Fənərbağça”da 2008 – 2011-ci illərdə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789

Oxşar yazılar