“Rubin”in baş məşqçisi “Neftçi”yə sirr vermədi
“Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev futbol üzrə Rusiya Premyer Liqasının 14-cü turunda “Mordoviya”nı 3:1 hesabı ilə yendikləri görüşdə 5 əsas heyət oyunçusunun xidmətindən yararlanmayıb. Lent.az-ın məlumatına görə, Saranskdakı qarşılaşmaya Gökdəniz Karadəniz, Salvatore Boketti, Karlos Eduardo, Roman və Aleksey Yeryomenko qardaşları aparılmayıb.
Süni örtüklü meydanda keçirilmiş görüşdə Kazan komandasından qolları Vladimir Dyadyun 10-cu və 75-ci, Salomon Rondon isə 90-cı dəqiqədə vurub. Görüş sonrası mətbuat konfransında Berdıyev 5 oyunçunun yoxluğuna konkret səbəb açıqlamaqdan imtina edib: “Bizim həm zədəli, həm də süni meydanda oyuna çıxmamalı olan futbolçularımız var”.
Təcrübəli mütəxəssis Boketti və Roman Yeryomenkonun zədələrinin nə dərəcədə ciddi olduğunu da deməyib. “Onlar Bakıda “Neftçi”yə qarşı oynaya biləcəklərmi” sualına Berdıyev belə cavab verib: “Mən rəqiblərimizə əlavə informasiya verməmək üçün bu barədə danışmayacağam. Bəli, zədəlilərimiz var. Lakin onların Avropa Liqası matçına hazırlıq səviyyəsinə noyabrın 6-dan tez aydınlıq gəlməyəcək”.
Qeyd edək ki, noyabrın 8-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Rubin” matçı saat 21:00-da başlanacaq.

Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04