Azərbaycanın ən titullu baş məşqçisi Rusiyadan təklif alıb
Bu haqda Lent.az-a 65 yaşlı mütəxəssisin özü məlumat verib. Mircavadov təklif aldığı klubun adını və qonşu ölkənin səviyyəcə hansı çempionatında çıxış etdiyini açıqlamayıb. 65 yaşlı mütəxəssis bildirib ki, məsələ həllini tapmayanadək danışmaq istəmir: “Hazırda Rusiya çempionatı davam edir. Qış fasiləsi yarandıqdan sonra qonşu ölkəyə gedərək, danışıqlar stolu arxasında əyləşəcəyəm. Klub rəhbərliyində çalışanlarla yaxşı münasibətlərim var. Mənə təklif ünvanlayanlarla vaxtilə Ali Məşqçilik Məktəbində birgə təhsil almışam”.
Vaxtilə Mircavadov ailə məsələləri ilə əlaqədar xarici ölkədə işləməyə yollanmasının çətin olduğunu bildirib. Lakin indi o, Azərbaycandan kənarda işləməyə hazırdır: “Əvvəllər uşaqlar balaca idi, nəvələrimdən ayrılmaq mənə çətin görünürdü. Amma indi böyüyüblər, ona görə də özümü hər yerdə işləməyə hazır sayıram. Hətta məndən 7 yaş böyük olan Kazbek Tuayev də baş məşqçi işləməlidir. Ümumiyyətlə, təcrübəli mütəxəssislərə hər yerdə ehtiyac var”.
Qeyd edək ki, Ağasəlim Mircavadov 2010-cu ilin iyulunda “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra işsizdir. O, "Şəmkir"lə iki dəfə, "Qarabağ", "Neftçi", "Xəzər-Lənkəran" klublarının hər biri ilə bir dəfə ölkə çempionluğunu əldə edib. 2005 və 2008-ci illərdə "Neftçi" və "Xəzər-Lənkəran"a MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku yarışında qızıl medallar qazandırıb, 2008-ci ilin mayında “Şöhrət” ordeninə layiq görülüb.
Elşən MƏMMƏDOV

2134