![“Rəvan”ın oyunçusundan 50-ci qol](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
“Rəvan”ın oyunçusundan 50-ci qol
Lent.az-ın məlumatına görə, serbiyalı hücumçunun “Turan”la səfər oyununun 76-cı dəqiqəsindəki qolu klubunun Premyer Liqa tarixində rəqib qapısından keçirdiyi 50-ci top olub.
Yubiley qolunun müəllifi bundan cəmi 4 dəqiqə sonra komandasının 51-ci qolunu da vurub. Premyer Liqada 2-ci mövsümünü keçirən paytaxt komandası 50 qol həddinə 43-cü matçda çatıb. Bu isə komandanın iki mövsümdə orta məhsuldarlığının 1,19-a bərabər olduğunu göstərir.
Cari mövsümdə 12 dəfə rəqib qapılarına yol tapan “Rəvan”ın Premyer Liqadakı ilk qolu isə ötən il avqustun 6-da vurulub. Həmin gün “Kəpəz”lə Gəncədəki oyunun 37-ci dəqiqəsində Con Pelu tarixi qola imza atıb. “Rəvan”ın Premyer Liqada qarşılaşıb qol vurmadığı komanda yoxdur. AZAL və “Kəpəz” daha çox - 9, “Turan” isə 8 dəfə məyus edilib.
“Rəvan”ın Premyer Liqadakı bütün qollarını 16 futbolçu vurub. Onlardan başqa daha 1 top avtoqol hesabına qeydə alınıb. “Turan”la matçda dubla imza atan 27 yaşlı forvard ötən turdakı dublu hesabına klubun Premyer Liqada ən yaxşı bombardiri olub. Hazırda Vidakoviçin hesabında 7 qol var.
Qeyd edək ki, “Turan” – “Rəvan” matçında qalib müəyyənləşməyib – 2:2.

Oxşar yazılar
!["Barselona" yeni ulduzunu itirə bilər](https://lent.az/storage/news/2024/june/24/big/6679283562020667928356202217192161816679283562017667928356201c.jpg)
"Barselona" yeni ulduzunu itirə bilər
24 iyun 2024 , 14:17Avro 2024: Ən sürətli 10 futbolçu - SİYAHI
24 iyun 2024 , 12:44![İngiltərə Avropa çempionatı tarixinin ən pis komandasıdır: Sautqeytin rəhbərliyi altında](https://lent.az/storage/news/2024/june/24/big/6679192f282796679192f2827b17192123356679192f282746679192f28277.jpg)
İngiltərə Avropa çempionatı tarixinin ən pis komandasıdır: Sautqeytin rəhbərliyi altında
24 iyun 2024 , 11:39![AVRO-2024: Belçika Rumıniyanı MƏĞLUB ETDİ](https://lent.az/storage/news/2024/june/23/big/66773956ebcc866773956ebcca171908949466773956ebcc266773956ebcc5.jpg)
AVRO-2024: Belçika Rumıniyanı MƏĞLUB ETDİ
23 iyun 2024 , 01:01![Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi](https://lent.az/storage/news/2024/june/22/big/667711d7e4fb8667711d7e4fb91719079383667711d7e4fb2667711d7e4fb5.webp)
Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi
22 iyun 2024 , 22:02![Gürcüstan Çexiya ilə heç-heçə oynadı](https://lent.az/storage/news/2024/june/22/big/6676e919351846676e9193518617190689536676e9193517e6676e91935181.jpg)
Gürcüstan Çexiya ilə heç-heçə oynadı
22 iyun 2024 , 19:089 il həbs cəzası verilib: Robinyonun həbsxana həyatından TƏFƏRRÜATLAR
22 iyun 2024 , 17:48![Bir oyunda 36 qırmızı vərəqə: hakimi dünyada məşhurlaşdırıb](https://lent.az/storage/news/2024/june/22/big/66767f0152a1566767f0152a16171904179366767f0152a0f66767f0152a12.jpg)