Cüneyt Çakır dünya çempionatında!
02 noyabr 2012 10:22 (UTC +04:00)

Cüneyt Çakır dünya çempionatında!

0
Lent.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Çakır FİFA tərəfindən Yaponiyada təşkil olunacaq klublararası dünya çempionatının oyunlarını idarə edəcək.

Dekabrın 6-da başlanacaq çempionata o, köməkçiləri Bahattin Duran və Tarık Ongünlə birgə yollanacaq. Avropa qitəsini yalnız Türkiyəli hakimlər briqadası təmsil edəcək.

Qeyd edək ki, dekabrın 16-dək davam edəcək dünya çempionatına “Çelsi” (İngiltərə), “Monterrey” (Meksika), “Korintians” (Braziliya) və “Oklend” (Yeni Zelandiya) komandalarının qatılacaqları dəqiqdir. Qalan klublar isə Asiya, Afrika və Yaponiya təmsilçiləri olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1694

Oxşar yazılar