![“Neftçi”dəki istefalarla bağlı qərar verildi](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
“Neftçi”dəki istefalarla bağlı qərar verildi
“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov Həcc ziyarətindən qayıtdıqdan sonra iclas çağırıb. Lent.az-ın flaqmanın rəsmi saytına istinadən verdiyi məlumata görə, klubdaxili toplantıda komandanın Avropa Liqası və Topaz Premyer Liqasındakı çıxışı ilə bağlı müzakirələr aparılıb.
Məşqçilər korpusu Rusiya “Rubin”inə 0:1, “Rəvan”a isə 0:2 hesablı məğlubiyyətlərlə bağlı Sadıqova hesabat verib. “Neftçi”nin məğlubiyyətlərinə 3 əsas səbəb göstərilib:
1. Müxtəlif yaş qrupları üzrə, eləcə də əsas milli komandanın təlim məşq toplanışları səbəbindən çempionatda yaranan fasilələr və bunun nəticəsində Topaz Premyer Liqasının təqvimində əmələ gələn sıxlıq.
2. Çempionatın təqvimi tərtib olunarkən Avrokubokların qrup mərhələsinin oyunlarının nəzərə alınmaması.
3. Bunların məntiqli nəticəsi kimi, Avropa Liqası turnirindəki Azərbaycanın yeganə təmsilçisi “Neftçi”nin oyunlarını sıx qrafikdə keçirməsi.
Üstəlik “Neftçi” əsas hədəf kimi Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməklə yanaşı, gənc futbolçuların inkişafı strategiyasını seçib.
Bu mövsüm iddialı çıxışı ilə diqqət çəkən “Simurq” üzərində qələbə və itirilmiş xallara görə komandanın potensial lider olması “Neftçi”nin doğru yolda olduğuna dair daha bir sübut kimi dəyərləndirilib.
Sadıqov Azərbaycan futbolunda ilk dəfə tarixi uğura imza atmış klubun rəsmilərinin və məşqçilər korpusunun istefalarını qəbul etməyib. Bundan başqa klub prezidenti obyektiv səbəbləri nəzərə alaraq, buraxılan səhvlərin qısa zamanda aradan qaldırılmasını tələb edib.
Toplantıda “Neftçi”nin bu mövsüm də yalnız çempionluğu və avrokuboklarda yeni uğurların qazanılmasını hədəflədiyi vurğulanıb. Buna görə də Sadıqovun tapşırığı ilə qərara alınıb ki, klubun yeni inkişaf strategiyası planı hazırlansın. Həmçinin heyətin gücləndirilməsi üçün transfer dönəmində “Neftçi”yə yeni futbolçular cəlb olunsun.

Oxşar yazılar
![Avstriya və Fransa pley-offda](https://lent.az/storage/news/2024/june/25/big/667b09edb1abc667b09edb1abe1719339501667b09edb1ab6667b09edb1ab9.jpg)
Avstriya və Fransa pley-offda
25 iyun 2024 , 22:18![Neymar gələcək futbol ulduzunun adını çəkdi](https://lent.az/storage/news/2024/june/25/big/667a8e63e235d667a8e63e235e1719307875667a8e63e235a667a8e63e235b.jpg)
Neymar gələcək futbol ulduzunun adını çəkdi
25 iyun 2024 , 19:27![Avropa çempionatının tarixinə düşdü](https://lent.az/storage/news/2024/june/25/big/667a7167aaca7667a7167aaca81719300455667a7167aaca1667a7167aaca4.jpg)
Avropa çempionatının tarixinə düşdü
25 iyun 2024 , 18:09Messi kimi bütün zamanların ən yaxşı idmançısı hesab edir?
25 iyun 2024 , 17:17![Poqba cəzasından DANIŞDI: “Hər şey bitdi, artıq mövcud deyiləm”](https://lent.az/storage/news/2024/june/25/big/667a96c29854f667a96c2985501719310018667a96c298548667a96c29854b.jpg)
Poqba cəzasından DANIŞDI: “Hər şey bitdi, artıq mövcud deyiləm”
25 iyun 2024 , 15:20![Futbol tarixinin ən yaxşı 10 hakimi - SİYAHI](https://lent.az/storage/news/2024/june/25/big/667a8e15eab31667a8e15eab321719307797667a8e15eab2c667a8e15eab2e.webp)
Futbol tarixinin ən yaxşı 10 hakimi - SİYAHI
25 iyun 2024 , 13:36![“Nə qədər sürətlə qaçdığımı, ya qaçmadığımı heç vaxt vecimə almamışam” - Messi](https://lent.az/storage/news/2024/june/25/big/667a6ee3cbf8d667a6ee3cbf8e1719299811667a6ee3cbf87667a6ee3cbf8a.jpg)
“Nə qədər sürətlə qaçdığımı, ya qaçmadığımı heç vaxt vecimə almamışam” - Messi
25 iyun 2024 , 11:18![AVRO-2024: Xorvatiya qələbəni son saniyədə əldən verdi](https://lent.az/storage/news/2024/june/25/big/6679f0a72ec5a6679f0a72ec5b17192674956679f0a72ec536679f0a72ec57.png)