Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
01 noyabr 2012 13:21 (UTC +04:00)

Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI

Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Berti Foqts noyabrın 6-da start götürəcək hazırlıq prosesinə 26 oyunçu dəvət edib.

Onların arasında kapitan Rəşad Sadıqovla qapıçı Kamran Ağayev yoxdur. Sadıqov zədəli, Ağayev isə cəzalıdır. Toplanış 4 gün Bakıda, noyabrın 10-dan isə Şimali İrlandiyanın paytaxtı Belfastda davam edəcək. Oyun isə noyabrın 14-də Belfastdakı “Windsor Park”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Qapıçılar: Anar Nəzirov (“Qəbələ”), Səlahət Ağayev (“Sumqayıt”), Andriy Popoviç (“Turan”)

Müdafiəçilər: Bədavi Hüseynov, Hacı Əhmədov, Maksim Medvedev (hər üçü “Qarabağ”), Volodimir Levin (“İnter”), Mahir Şükürov (“Neftçi”), Aqil Nəbiyev (AZAL), Ruslan Abışov (“Xəzər Lənkəran”), Murad Ağayev (“Sumqayıt”), Rasim Ramaldanov (“Simurq”), Əli Gökdemir (“Hannover 96”, Almaniya), Elhad Nəziri (“Milsami”, Moldova),

Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (“Qəbələ”), Rəşad Sadiqov (“Neftçi”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Elvin Məmmədov (“Bakı”), Uğur Pamuk (“Sumqayıt”), Cavid Hüseynov (“Adanademirspor”, Türkiyə), Rizvan Umarov (“Elçe”, İspaniya)

Hücumçular: Branimir Subaşiç (“Xəzər Lənkəran”), Vüqar Nadirov, Vaqif Cavadov, Rauf Əliyev (hər 3-ü “Qarabağ”), Cihan Özkara (“Kayserispor Erciyesspor”, Türkiyə)

Qeyd edək ki, Mahir Şükürov və Rəşad Sadiqov noyabrın 9-da, Əli Gökdəmir və Cihan Özkara isə noyabrın 12-də millinin heyətinə qoşulacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121

Oxşar yazılar