Mirça Rednik qələbə ilə debüt etdi
01 noyabr 2012 11:10 (UTC +04:00)

Mirça Rednik qələbə ilə debüt etdi

“Xəzər Lənkəran” futbol komandasının sabiq baş məşqçisi Mirça Rednik Belçika “Standard”ının sükanı arxasında debütünü qələbə ilə qeyd edib. Lent.az-ın məlumatına görə, Lyej şəhərini təmsil edən klub ölkə çempionatının 13-cü turunda səfərdə “Genk”i məğlub edib.

Qolları 46-cı dəqiqədə Mişi Batşuayi və 90-cı dəqiqədə Luis Manuel Seyjas vurub. Bu qələbədən sonra xallarını 19-a çatdıran “Standard” turnir cədvəlində 8-ci pilləyə yüksəlib. “Genk” isə 22 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Mirça Rednik 2010-cu ilin yayından 2011-ci ilin sonlarınadək “Xəzər Lənkəran”a rəhbərlik edib. Sonradan o, vətəni Rumıniyanın “Astra” komandasında çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254

Oxşar yazılar