Qapıçılar üçün uğursuz tur - STATİSTİKA
01 noyabr 2012 10:14 (UTC +04:00)

Qapıçılar üçün uğursuz tur - STATİSTİKA

Futbol üzrə Topaz Premyer Liqasında XI turun oyunları qapıçılar üçün uğursuz alınıb. Lent.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının hazırladığı statistik yazıda bildirilir.

I dövrənin son turunda 12 klubun hamısı qol sevinci yaşayıb. Bu isə o deməkdir ki, heç bir qolkiper qapısını toxunulmaz saxlaya bilməyib. Hər komandanın qol vurub, həm də qol buraxması isə nadir hadisələrdən sayılır. Düzdür, cari mövsümdə artıq 1 dəfə belə hal qeydə alınıb. Lakin həmin vaxt indiki kimi 12 deyil, 10 komanda meydanı qolsuz tərk etməyib. Bu, ilk turda yaşanıb. Həmin vaxt “Neftçi” ilə “Bakı” arasında paytaxt derbisi təxirə salındığından, yalnız 10 komanda turda meydana çıxmışdı. Premyer Liqanın 12 klubunun hamısının fərqlənməsi isə mövsümdə ilk dəfə məhz XI tura təsadüf edib.

12 komandanın hər birinin fərqlənməsi isə ümumi məhsuldarlığa da təsir edib. Turun 6 qarşılaşmasında 19 qol vurulub. Bununla da III və V turlarda qeydə alınan 17 qolluq rekord qırılıb. Bu dəfə 2 qol artıq vurulub. Lakin qol sayındakı mütləq rekord və ilk dəfə 12 komandanın qol sevinci yaşaması orta məhsuldarlıqda ən yüksək hədd deyil. Cəmi 4 matın keçirildiyi IV tur orta hesabla hər oyuna 3,5 qolun vurulması ilə əlamətdar olub. Mövsümdə 2-ci dəfə 3-dən yüksək olan məhsuldarlıq bu dəfə 3,17-yə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833

Oxşar yazılar