Son 10 ildə 28-ci baş məşqçi
30 oktyabr 2012 19:43 (UTC +04:00)

Son 10 ildə 28-ci baş məşqçi

İsveçrənin “Syon” futbol klubunun rəhbərliyi son 10 ildə 28-ci baş məşqçi dəyişikliyinə əl atıb. Lent.az-ın məlumatına görə, indi bu vəzifəyə Pyer-Andre Şurman təyin olunub.

O, cəmi 1 ay işləyən və oyunçularla münasibətləri üzündən klubu tərk etməli olan Mişel Dekasteli əvəzləyib. 52 yaşlı Şurman bu mövsüm “Syon”a rəhbərlik edəcək 3-cü baş məşqçidir.

Qeyd edək ki, hazırda “Syon” İsveçrə Super Liqasında 14 turdan sonra 25 xalla 3-cü pillədə qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1001

Oxşar yazılar