“Qarabağ”ın itkiləri
30 oktyabr 2012 13:50 (UTC +04:00)

“Qarabağ”ın itkiləri

0
Ağdamın “Qarabağ” klubu futbol üzrə Topaz Premyer Liqasının XI turunda “Qəbələ” ilə keçirəcəyi oyunun hazırlıqlarına itkilərlə başlayıb. Lent.az-ın məlumatına görə, zədə səbəbindən son 2 oyunu buraxan Rəşad Sadıqova ötən tur “Xəzər Lənkəran”la matçda almacıq sümüyü qırılan Ansi Aqolli də qoşulub.

Əfran İsmayılovun da oyun gününə yetişib-yetişməyəcəyi məlum deyil. Üstəlik, sonuncu turda qırmızı vərəqə alan Maksim Medvedev də görüşü buraxmalı olacaq. Əvəzində “Bakı” ilə oyunda zədələnən Namiq Yusifovun “Qəbələ”yə qarşı çıxış etməsi mümkündür. Vüqar Nadirov cəzasını başa vuraraq geri dönüb.

Qeyd edək ki, oktyabrın 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 15:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1066

Oxşar yazılar