Azərbaycan yığmasının daha bir futbolçusu cəzalandı
0
0
AFFA İntizam Komitəsi Azərbaycan milli komandasının daha bir futbolçusunu cəzalandırıb. Lent.az-ın məlumatına görə, bu, Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevdir.
Medvedev Topaz Premyer Liqasının X turunda “Xəzər Lənkəran”la matçın 52-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, 1 oyunluq diskvalifikasiyaya, klubu isə 200 manat cəriməyə məruz qalıb.
Zaqatala “Simurq”una isə 2000 manat cərimə kəsilib. AZAL-la oyunun 89-cu və 90+4-cü dəqiqələrində komandanın azarkeşləri meydana kənar əşya atıblar. “Sumqayıt” isə “Kəpəz”lə görüşdə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb.