“Xəzər Lənkəran”da “ilk”lər və yubileylər - STATİSTİKA
0
0
Topaz Premyer Liqasında X turun “Qarabağ”la oyunu “Xəzər Lənkəran” üçün təkcə 2:0 hesablı qələbə ilə əlamətdar olmayıb. Lent.az-ın məlumatına görə, bu qarşılaşmada “ilk”lər və yubileylər qeydə alınıb.
Hər iki topun müəllifi Dimitrios Sialmas “ağ-yaşıllar”ın heyətində qol hesabını açıb. O, klub tarixində fərqlənən 75-ci oyunçudur. Digər tərəfdən, Sialmas çempionat matçlarında 69-cu futbolçudur ki, qol sevinci yaşayır. Bu futbolçu həm də “Xəzər Lənkəran”ın heyətində qol vuran ilk yunanıstanlı legioner olub. İndiyədək komandada fərqlənən 27 yerli futbolçu ilə yanaşı, 48 əcnəbi də rəqib qapısına yol tapıb. Onlar 20 müxtəlif ölkəni təmsil edir. Bu siyahıda 20-ci ölkə məhz Yunanıstan olub. Digər ölkələr: Rumıniya 12, Braziliya 8, Bolqarıstan, Türkiyə hərəyə 4, Albaniya, Kosta Rika, Serbiya, Portuqaliya hərəyə 2, Argentina, Fransa, Honduras, Kolumbiya, Fil Dişi Sahili, Moldova, Mali, Nigeriya, Sloveniya, Syerra Leone, Xorvatiya, Yunanıstan hərəyə 1.
Sialmas 1 deyil, 2 qola imza atıb ki, bu da cari mövsümdə cənub komandasının 2-ci “dubl”u oldu. Əvvəllər Manuel Skarlatake 1 matçda 2 qolun müəllifi olub. “Xəzər Lənkəran”ın 8 illik tarixində 63-cü “dubl”un müəllifi olan Sialmas özü üçün ilkə imza atıb. O, komandada dubl edən 34-cü futbolçu kimi tarixə düşüb. Bu 63 “dubl”dan 42-si Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb. Yunanıstanlı dubl müəllifi olan 19-cu legioner olmaqla gəlmələrin 29-cu belə uğuruna imza atıb.
“Qarabağla” qarşılaşma daha 1 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub. Matçın sonlarında oyuna daxil olan Akif Tağıyev ağ-yaşıl formada ilk rəsmi qarşılaşmasını keçirib. 19 yaşlı futbolçu “Xəzər Lənkəran”ın rəsmi matçlarının iştirakçısı olan 152-ci futbolçu kimi tarixə düşüb. Belə ki, bu qarşılaşmayadək komandada oynamaq 151 futbolçuya nəsib olmuşdu.
Mövsümün arxada qalan hissəsində 8 futbolçu “Xəzər Lənkəran”da debüt edib. Tağıyevədək Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas bunu bacarıb. İndiyədək 92 legioner bu komandanın şərəfini qoruduğundan 152-ci oyunçu olan Tağıyev həm də 60-cı yerli futbolçu olub.
“Qarabağ”la qarşılaşma “Xəzər Lənkəran”ın daha 3 futbolçusu üçün əlamətdar olub. Müdafiəçi Radomir Todorov cənub təmsilçisinin heyətində 150-ci matçına çıxıb. 2007/2008-ci il mövsümündə komandaya transfer olunan Todorov 2011-ci il istisna olmaqla “Xəzər Lənkəran”da çıxış edib. Todorov klub tarixində 150-yə çatan 5-ci oyunçu olub. Ona qədər Rahid Əmirquliyev (202), Alim Qurbanov (177), Kamran Ağayev (161), Rəşad Abdullayev (155) bunu bacarıb. Bolqarıstanlı legioner 2007-ci il iyulun 17-də Çempionlar Liqasının Xorvatiya “Dinamo”su ilə Bakıdakı matçında (1:1) ilk dəfə “ağ-yaşıl” forma geyib.
Daha 2 futbolçu ağdamlılarla qarşılaşmada yubiley qeyd edib. Manuel Skarlatake “Xəzər Lənkəran”da 30-cu, Sadio Tounkara 25-ci matçını keçirib.