Roberto Karlos baş məşqçi olmaq istəyir
29 oktyabr 2012 19:33 (UTC +04:00)

Roberto Karlos baş məşqçi olmaq istəyir

Rusiyanın “Anji” futbol komandasının direktoru Roberto Karlos məşqçi lisenziyası almaq niyyətindədir. Lent.az-ın məlumatına görə, braziliyalı ulduz FİFA-nın rəsmi saytına açıqlamasında baş məşqçi kimi çalışmaq istədiyini vurğulayıb.

O, direktor kimi işləməkdən və klubun işlərinin məsuliyyətini öz üzərinə götürməkdən xoşunun gəldiyini söyləyib. Bununla belə, “sambaçı” “Hiss edirəm ki, oyunçuları məşq elətdirə bilərəm” deməyi də unutmayıb. Karlos “Anji”nin hazırkı baş məşqçisi Qus Hiddinkin köməkçisi olmaq və ya sərbəst işləmək fikrini açıqlamayıb.

Qeyd edək ki, Roberto Karlos “Anji”yə 2011-ci ilin əvvəlində Braziliya “Korintians”ından keçib. O, əvvəlcə Mahaçqala komandasında oyunçu, bir müddət sonra isə oynayan məşqçi kimi çıxış edib. 2012-ci ildə Qus Hiddink “Anji”yə baş məşqçi təyin olunduqdan sonra Karlos komandanın direktoru təyin olunub. “Sambaçı” hələ də məşqlərə qatıldığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1339

Oxşar yazılar