“Neftçi”nin məşqçilər korpusu  istefa verdi
28 oktyabr 2012 22:27 (UTC +04:00)

“Neftçi”nin məşqçilər korpusu istefa verdi

“Topaz” Premyer Liqasının hesabat turunda “Rəvan”a 0:2 hesablı məğlubiyyətdən sonra “Neftçi” rəhbərliyi istefa verib.

Apasport.az saytının məlumatına görə, buna səbəb “ağ-qaralar”ın keçirdiyi 7 oyunda 3-cü dəfə meydanı başıaşağı tərketməsi olub. “Neftçi” “Rəvan”la oyundan öncə Avroliqada “Rubin”ə uduzmuşdu.

Baş məşqçi Böyükağa Hacıyev də daxil olmaqla “ağ-qaralar”ın məşqçilər korpusu və klubun rəhbərliyi, o cümlədən vitse-prezident Tahir Süleymanov istefa verib.

Bununla bağlı son qərarı isə “Neftçi”nin prezidenti Sadıq Sadıqov verəcək.

Apasport-un məsələ ilə əlaqədar komanda rəsmilərinin münasibətini öyrənmək cəhdi baş tutmayıb.

Qeyd edək ki, “Neftçi” rəhbərliyi “Topaz” Premyer Liqasının hesabat turunda “Rəvan”a 0:2 hesabı ilə uduzduqdan sonra bu addımı atıb.
“Neftçi” klubundan istefa verənlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, “Topaz” Premyer Liqasının hesabat turunda “Rəvan”a uduzduqdan sonra baş məşqçi Böyükağa Hacıyev də daxil olmaqla “ağ-qaralar”ın məşqçilər korpusu və klubun rəhbərliyi, o cümlədən vitse-prezident Tahir Süleymanov istefa verib.

Bununla bağlı son qərarı isə “Neftçi”nin prezidenti Sadıq Sadıqov verəcək. Məsələ ilə əlaqədar komanda rəsmilərinin münasibətini öyrənmək cəhdimiz baş tutmayıb.

Qeyd edək ki, “Neftçi” rəhbərliyi “Topaz” Premyer Liqasının hesabat turunda “Rəvan”a 0:2 hesabı ilə uduzduqdan sonra bu addımı atıb.
# 2058

Oxşar yazılar