“Neftçi”nin ilyarımlıq büdcəsi “Rubin”in bir futbolçusunun qiyməti qədərdir
26 oktyabr 2012 04:11 (UTC +04:00)

“Neftçi”nin ilyarımlıq büdcəsi “Rubin”in bir futbolçusunun qiyməti qədərdir

“Neftçi” futbol komandasının baş məşqçisi Böyükağa Hacıyev klubun illik büdcəsini açıqlayıb.

Lent.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis bildirib ki, Rusiya “Rubin”inin 10 milyon avroya aldığı venesuelalı hücumçu Salomon Rondon flaqmanın ilyarımlıq büdcəsinə bərabərdir.

Bu isə o deməkdir ki, “ağ-qaralar”ın ilyarımlıq büdcəsi 6-7 milyon avrodur. Baş məşqçi hətta açıqlamalarına jurnalistləri inandırmaq üçün söyləyib: “Müsəlman Qurban bayramında Allaha and içirəm ki, düz deyirəm”.

Rusiyalı jurnalistlərin sualına cavab olaraq, o, inanclı insan olduğunu bildirib: “Mən Bakıdan kənarda məscidə getmirəm. Azərbaycan paytaxtında isə xüsusən cümə günləri məscidə yollanıram və səhərdən axşamadək dualar edirəm. 3 ay öncəyədək pis vəziyyətdə idim. Moskvada əməliyyat olunduqdan sonra özümü yaxşı hiss etməyə başlamışam. Buna görə Allahımdan çox razıyam”.

Hacıyev səsinin batmasının səbəbini də deyib: “Azərbaycanda “Neftçi”nin əsas rəqibi olan “Xəzər Lənkəran”ın Mirça Rednik adlı baş məşqçisi vardı. Onlar komandamızı hazırda orada çıxış edən keçmiş oyunçumuz Ruslan Abışovun avtoqolu ilə minimal hesabla yenmişdilər. Bu oyundan sonra Rednik “Neftçi”yə qarşı nənəm də oynaya bilər” demişdi.

Onun sözlərindən sonra biz “Xəzər Lənkəran”ı Bakıda 5:0 hesabı ilə məğlub etdik. Həmin görüşdə o qədər qışqırdım ki, səsim batdı və o vaxtdan belədir”.

Elşən MƏMMƏDOV

Kazan
# 1558

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56