“Rubin” – “Neftçi” oyununa maraq azdır-FOTO
Futbol üzrə Rusiyanın “Rubin” və Azərbaycanın “Neftçi” komandaları arasında Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyuna maraq xeyli azdır.
Lent.az-ın Kazan şəhər Mərkəzi stadionunda olan əməkdaşının verdiyi məlumata görə, matça bir saat qalmış tribunalarda və kassalar önündə elə də azarkeş gözə görünmür.
Stadion rəhbərliyi indiyədək cəmi 5000 biletin satıldığını bildirir. Tərəfdarların azlığını həm də hazırda Kazanda kəskin şaxtalı hava şəraitinin hökm sürməsi ilə izah etmək olar.
Matçı izləmək istəyənlər arasında azərbaycanlı fanatlar da var. Onlar həm Kazanda, həm də Rusiyanın digər şəhərlərində yaşayanlardır. Həmyerlilərimizdən bəziləri oyun öncəsi “Neftçi”nin qaldığı “Miraj” otelinə gələrək, klub rəhbərliyinə bilet üçün müraciət ediblər. Onların istəkləri müsbət cavablandırılıb.
Azarkeşlərin azlığına rəğmən, stadion ətrafında təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Təhlükəsizlik xidməti əməkdaşları hər bir azarkeşi, hətta jurnalistləri yoxladıqdan sonra içəri buraxırlar.
Elşən MƏMMƏDOV
Kazan

Oxşar yazılar

Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02
“Bavariya”da ağır itki - Futbolçunun ayağı sındı
5 iyul 2025 , 21:39
Klublararası dünya çempionatında ən çox qazanan klublar
5 iyul 2025 , 17:41
Avropanın 5 liqasına futbolçu hazırlayan ən yaxşı akademiyalar
5 iyul 2025 , 16:12