“Neftçi”nin 1,5 milyon dollarlıq futbolçusu “Rubin”i yenməyin yolunu göstərdi
“Neftçi”nin futbolçusu Bahodir Nasimov keçmiş klubu Rusiya “Rubin”ini yenməyin yollarını göstərib. Özbəkistanlı hücumçu Lent.az-a açıqlamasında flaqmanın Kazan təmsilçisini əzmkarlıq hesabına məğlub etmək iqtidarında olduğunu bildirib.
Onun fikrincə, “Neftçi”nin nəyə qadir olduğunu oktyabrın 25-də keçiriləcək oyun göstərəcək. Amma hamı döyüşsə, əzmkarlıq göstərsə, uğurlu nəticə əldə etmək olar: “Ona görə də bütün futbolçular 100 faiz əzmkarlıq göstərməlidirlər. Bu halda qalib gələ bilərlər”.
Bununla yanaşı, Nasimov “Rubin”in zəif cəhətlərindən danışıb. O, Kazan komandasının hazırda çoxlu qol buraxdığını qeyd edərək, bunu müdafiəçilərin aşağı səviyyəli çıxışı ilə əlaqələndirib: “Sözsüz ki, “Rubin”in zəif cəhətləri var. Xüsusən, müdafiə xəttini qeyd edərdim. Hazırda “Rubin” Rusiya çempionatında çoxlu qol buraxır. Əvvəllər belə deyildi. Fikrimcə, müdafiə xəttləri zəifdir. Üstəlik, aparıcı müdafiəçilərindən sayılan Sesar Navas Rusiya çempionatında rəqib komandanın oyunçusunu vurduğu üçün 7 oyunluq diskvalifikasiya edilib. Amma fikrimcə, klub rəhbərliyi də futbolçunu bu hərəkətinə görə cəzalandırmayacaq və o, bizə qarşı oynayacaq”.
Azərbaycan Premyer Liqasında ötən mövsümün ən yaxşı bombardiri olmuş Nasimov “Rubin”ə qarşı oynamayacaq. O, zədəsini sağaltdıqdan sonra bərpa prosesi keçir. Bu halda hücum xəttində ümidlər yenə Nikolas Kanalesə bağlanacaq. Özbəkistanlı hücumçu çilili forvard barədə yüksək fikirdədir: “Kanales “Neftçi”yə yeni gəldiyi vaxtlarda çoxları deyirdi ki, qol vurmur. Mən isə “gözləyin, yavaş-yavaş düzələcək. Hər şey dərhal baş vermir” demişdim. Onu görən kimi yaxşı futbolçu olduğunu bildirmişdim. İlk növbədə, uyğunlaşma keçməlidir. Artıq normal oyun sərgiləyir, qol vurur, komanda yoldaşlarına kömək edir, qaçır. Həm irəlidə, həm də müdafiədə hərəkətlidir. Meydanda əzmkarlıq göstərir. Buna görə də Kanalesi yaxşı oyunçu sayıram”.
Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev zədəli olduğu vaxt Bahodir Nasimova klublardan birinin 1,5 milyon dollar təklif etdiyini açıqlayıb.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31
Con Terri futbol izləməyi dayandırıb, darıxdırıcı olduğu üçün
11 iyul 2025 , 12:21
Haaland tətilini sevgilisi ilə İbizada keçirir: yaxtada gəzirlər
11 iyul 2025 , 09:39