Böyükağa Hacıyev: “Mən “Rubin”i “Neftçi”dən çox tanıyıram”
24 oktyabr 2012 23:12 (UTC +04:00)

Böyükağa Hacıyev: “Mən “Rubin”i “Neftçi”dən çox tanıyıram”

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Avropa Liqasında Rusiya “Rubin”i ilə oyun öncəsi mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis oktyabrın 25-də oynayacaqları qarşılaşmaya Topaz Premyer Liqasının IX turunda “Kəpəz” üzərində 4:1 hesablı qələbədən sonra tam kökləndiklərini bildirib.

Onun fikrincə, 4 gün az olsa da, “Rubin”lə oyuna maksimum hazır olmaq üçün çalışıblar. Hacıyev həmkarı Kurban Berdıyevin yaxşı komanda komplektləşdirdiyini söyləyib: “Mən “Rubin”i “Neftçi”dən çox tanıyıram. Əvvəlki mövsümlərdə “Rubin” 2 dəfə Rusiya çempionu olub. İndi də istənilən rəqibə problemlər yaratmaq iqtidarındadır. Oktyabrın əvvəllərindən indiyədək “Rubin”in 8 oyununu izləyərək, dərindən analiz etmişik. Rəqibin heyətində xüsusən yarımmüdafiəçilərdən Aleksey Yeryomenko və Aleksandr Ryazantsevin, hücumçulardan isə Salomon Rondonun oyunu çox xoşuma gəlir. Hər bir baş məşqçi öz komandasında Rondon kimi hücumçunun olmasını istərdi. “Rubin”in bu gün Rusiya Premyer Liqasında 8-ci yerdə olması artıq hücum futbolu sərgiləməyə başlamasından irəli gəlir. Əvvəllər müdafiəyə meylli oyun nümayiş etdirdiklərindən, ön pillələrdə gedirdilər. “Neftçi”nin bu rəqibə qarşı da nə isə edə biləcəyini düşünürəm. İndi isə “Rubin” yeni oyun fəlsəfəsi ilə çıxış edir. Bu da Berdıyevin sayəsindədir”.

“Neftçi”nin baş məşqçisi bir həftə öncə Rusiya yığmasına qarşı müdafiə futbolu sərgiləmiş Azərbaycan millisindən tam fərqli oyun nümayiş etdirəcəklərini söyləyib. Onun fikrincə, Rusiya və Azərbaycan klublarının sabahkı görüşü yığmalar səviyyəsində baş tutmuş qarşılaşmanın davamı olmayacaq: “Azərbaycan yığmasına cənab Foqts, “Neftçi”yə isə mən başçılıq edirəm. “Neftçi” mənim baş məşqçi təyin olunduğum vaxtdan indiyədək keçən ilyarımlıq müddətdə heç vaxt müdafiə futbolu sərgiləməyib. Hətta İtaliya “İnter”i ilə görüşdə də belə oyun nümayiş etdirmədik. Mən qorxaq olmayanları sevirəm. Kişini qadından fərqləndirən də bu cəhətidir”.

Hacıyev “İnter”in baş məşqçisi Andrea Stramaççioni ilə Kurban Berdıyevi də müdafiə edib. O bildirib ki, Berdıyev adı daha böyük hərflə yazılmalı mütəxəssisdir: “Berdıyev 18 ildir “Rubin”ə rəhbərlik edirsə, onu Stramaççioni ilə yox, Aleks Ferqyusonla müqayisə etmək olar”.

Hazırda Kazanda şaxtalı hava şəraiti hökm sürür. Oyunun da bu cür şəraitdə keçəcəyi şübhə doğurmur. “Neftçi”nin heyətində olan cənubi amerikalı və afrikalı legionerlərin belə şəraitə necə uyğunlaşacağı da maraq doğurur. Hacıyev isə bildirib ki, o, təbiətlə mübarizə aparmaq qüvvəsində deyil. Amma insan düşdüyü hər cür mühitə öyrəşməyi bacarmalıdır: “Ona görə də matçın keçiriləcəyi Kazan mərkəzi stadionunda bugünkü məşqdən sonra həmin futbolçuların problem yaşayacaqlarını düşünmürəm. Rusiya çempionatında da isti ölkələrdən gəlmiş futbolçular çıxış edir. Onlar da belə hava şəraitində oynayırlar”.

“Rubin”ə qarşı əsas heyətdə hansı futbolçuların çıxış edəcəkləri demək olar ki, müəyyənləşib. Yalnız əməliyyat olunmuş Cavid İmamverdiyevin mövqeyində yeganə hücumçu Nikolas Kanalesə kimin dəstək olacağı bilinmir. “Neftçi”nin baş məşqçisi bu barədə qərarı oyun günü verəcəyini bildirib. O, Kamil Nurəhmədov və Mirhüseyn Seyidov arasından seçim edəcəyini deyib. Mərkəz müdafiəçisi kimi İqor Mitreskinin yanında kimin yer alacağına gəldikdə, bu, çox güman ki, Tərlan Quliyev olacaq.

Qeyd edək ki, “Rubin” – “Neftçi” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
# 930

Oxşar yazılar

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

18 may 2024 , 15:38
"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25