Azərbaycanlı futbolçu “Rubin”də bəyənilib
24 oktyabr 2012 21:01 (UTC +04:00)

Azərbaycanlı futbolçu “Rubin”də bəyənilib

0
Rusiyanın “Rubin” komandasının baş məşqçisi Kurban Berdıyev hazırda “Xəzər Lənkəran”da çıxış edən futbolçu Ruslan Abışovun oyununu bəyənib. Lent.az-ın məlumatına görə, bu barədə türkmənistanlı mütəxəssisin özü jurnalistlərə açıqlama verib.

O bildirib ki, yayda “Rubin”in düşərgəsində baxışda olmuş azərbaycanlı müdafiəçi səviyyəli oyunçudur: “Həmin futbolçu mənim xoşuma gəldi. Abışov səviyyəli futbolçudur”.

Lakin Berdıyev azərbaycanlı müdafiəçinin “Rubin”ə mümkün transferi barədə danışmaq istəməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1452

Oxşar yazılar