Topaz Premyer Liqası: Tovuzda sensasiya, Bakıda “sülh”
20 oktyabr 2012 18:04 (UTC +04:00)

Topaz Premyer Liqası: Tovuzda sensasiya, Bakıda “sülh”

Futbol üzrə Topaz Premyer Liqasında IX turun daha 2 oyununa yekun vurulub. Lent.az-ın məlumatına görə, “Turan” yeni baş məşqçi Əfqan Talıbovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.

Tovuz klubu doğma meydanda mövsümə iddialı başlayan AZAL-ı məğlubiyyətə uğradıb. Ender Günlünün 12-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub. Bununla da Talıbovun debütü sensasiyalı nəticə ilə əlamətdar olub.

“Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda bu mövsüm keçirdiyi ilk ev oyununda “Bakı” ilə heç-heçə edib – 1:1. Hesabı 23-cü dəqiqədə qonaq komandanın müdafiəçisi Edemir Rodriges açıb. Meydan sahibləri 79-cu dəqiqədə bərabərlik qolunu vurublar. Baş hakim Əliyar Ağayevin İlqar Qurbanova kobudluq qarşılığında təyin etdiyi penalti zərbəsini “Qarabağ”ın yeni transferi Riçard Almeyda dəqiq yerinə yetirib.

Bu nəticələrdən sonra “Qarabağ” xallarını 14-ə çatdırsa da, 2-ci, AZAL 12 xalla 3-cü pillədə qalıb. Xallarını 10-a yüksəldən “Turan” 7-ci pilləyə, xallarını 8-ə çatdıran “Bakı” 10-cu pilləyə yüksəlib.

Hazırda günün son oyunu keçirilir. Bakıdakı “Şəfa” stadionunda “İnter” lider “Simurq”u qəbul edir.

Qeyd edək ki, turun açılış matçında “Neftçi” “Kəpəz”i darmadağın edib – 4:1.

Turun qalan oyunları oktyabrın 21-də olacaq:

16:00. “Sumqayıt” – “Rəvan” (Bakı)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Namiq Hüseynov, Tahir Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:15. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Azər Əsgərov, Fariz Yusifov
Lənkəran şəhər mərkəzi stadionu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692

Oxşar yazılar