Azərbaycan yığması İrəvandakı dünya çempionatına gedəcəkmi?
0
0
Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.
O bildirib ki, hazırda bu məsələyə dair Gənclər və İdman Nazirliyi ilə ABF rəhbərliyi arasında müzakirələr aparılır. İrəvandakı yarışda iştirak məsələsinə dair qərar hökumət səviyyəsində qəbul olunacaq: “Yəqin ki, gələn həftənin çərşənbə gününədək konkret qərar veriləcək”.
Abiyev əsas problem kimi Ermənistan tərəfinin Azərbaycan nümayəndə heyətinə təhlükəsizlik zəmanəti verməməsini göstərib: “Ermənistan yığması həm 2010-cu il yeniyetmələr, həm də 2011-ci il böyüklər arasında Bakıda keçirilmiş dünya çempionatında iştirak edərkən, Azərbaycan hökumətindən təhlükəsizlik zəmanəti almış və heç bir problemlə üzləşməmişdilər. Beynəlxalq Həvəskar Boks Assosiasiyası İrəvandakı dünya çempionatında da bizə təhlükəsizlik təminatının veriləcəyini söyləmişdi. Amma indiyədək belə bir zəmanət məktubu almamışıq”.
Qeyd edək ki, İrəvandakı dünya çempionatı noyabrın 25-dən dekabrın 8-dək keçiriləcək.
Elşən MƏMMƏDOV