“Neftçi”nin “Rubin” planı məlum oldu
0
0
“Neftçi” klubunun futbol üzrə Avropa Liqasında Rusiya “Rubin”i ilə keçirəcəyi oyuna səfər proqramı müəyyənləşib. Lent.az-ın məlumatına görə, flaqman Kazana matçdan 2 gün tez yollanacaq. “Ağ-qaralar” oktyabrın 23-də saat 16:00-da çarter reysi ilə səfərə çıxacaq.
Qeyd edək ki, “Rubin” – “Neftçi” matçı oktyabrın 25-də Kazan Mərkəzi stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Ertəsi gün “Neftçi” Vətənə dönəcək.
Elşən
Qeyd edək ki, “Rubin” – “Neftçi” matçı oktyabrın 25-də Kazan Mərkəzi stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Ertəsi gün “Neftçi” Vətənə dönəcək.
Elşən
0
0