“Rabitə” dünya çempionu titulunu qoruya bilmədi
20 oktyabr 2012 10:29 (UTC +04:00)

“Rabitə” dünya çempionu titulunu qoruya bilmədi

0
Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” komandası Qətərin paytaxtı Dohada keçirilmiş klublararası dünya çempionatında ikinci yeri tutub. Lent.az-ın məlumatına görə, təmsilçimiz finalda Braziliya “Sollis Nestle”sinə uduzub – 0:3.

Hər üç setdə aşkar üstünlüyə malik cənubi amerikalılar müvafiq olaraq, 25:16, 25:14 və 25:17 hesablı qələbə əldə ediblər. Bununla da baş məşqçi Marçello Abbondantsanın komandası “Sollis “Nestle”yə qrup mərhələsinin ilk görüşündə olduğu kimi, finalında da uduzub. Fərq ondadır ki, “Rabitə” açılış oyununda 1:3 hesabı ilə yenilib. Komandamız həm də 2011-ci ildə qazandığı dünya çempionu titulunu qoruya bilməyib.

Qeyd edək ki, bürünc medala ötənilki finalçı Türkiyə “Fənərbağça”sı yiyələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1142

Oxşar yazılar