Analoqu olmayan futbolçu mükafatlandırıldı - FOTO
18 oktyabr 2012 10:44 (UTC +04:00)

Analoqu olmayan futbolçu mükafatlandırıldı - FOTO

Lent.az-ın məlumatına görə, Monakoda keçirilmiş təntənəli mərasimdə ona mükafatı əfsanəvi braziliyalı veteran futbolçu Pele təqdim edib.

31 yaşlı forvardın əsas rəqibləri İngiltərənin “Çelsi” klubunun sabiq qolçusu Didye Droqba, hazırda İtaliya “Yuventus”unda çıxış edən Andrea Pirlo və Qətər “Əl-Sədd”indən Raul Qonsales olub. Monakodakı xüsusi xiyabana “Milan”ın sabiq müdafiəçisi Franko Barezi, “Mançester Yunayted”in eks-forvardı Erik Kantona və “Bavariya”nın keçmiş müdafiəçisi Lotar Matteusun da izləri qoyulub.

Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində İsveçin “Malmö”, Hollandiyanın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter” və “Milan”, İspaniyanın “Barselona” komandalarında oynayıb. O, 8 mövsüm ərzində təmsil etdiyi ölkələrin çempionu olaraq, unikal nailiyyətə imza atıb. İbrahimoviç karyerası ərzində 510 matçda 249 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103

Oxşar yazılar