Klubumuz Avropa çempionu oldu
18 oktyabr 2012 01:27 (UTC +04:00)

Klubumuz Avropa çempionu oldu

“SOCAR-Azerbaijan” komandası şahmat üzrə klublar arasında keçirilən Avropa çempionatının qalibi olub. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi tarixi uğura Israilin Eylat şəhərində keçirilmiş qitə birinciliyində imza atıb.

Sonuncu turda klubumuz ağ fiqurlarla Rusiya “Tomsk-400”ünü 5:1 hesabı ilə yenib. “SOCAR-Azerbaijan”ın üzvlərindən Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Veselin Topalov və Emil Sutovski qələbə qazanıb, Aleksandr Qrişukla Qata Kamski isə xalları yarı bölüblər.

7 turdan sonra Sankt-Peterburq Şahmat Federasiyası da klubumuzla eyni miqdarda – 7 xal toplayıb. Lakin “SOCAR-Azerbaijan” əlavə göstəricilərdə Avropa çempionu elan olunub.

Qeyd edək ki, bu, cəmi 3 ildir fəaliyyətdə olan Azərbaycan klubunun ilk böyük uğurudur.
# 1291

Oxşar yazılar