“Rabitə” yarımfinalda rəqibini gözləyir
17 oktyabr 2012 13:34 (UTC +04:00)

“Rabitə” yarımfinalda rəqibini gözləyir

Azərbaycanın voleybolçu qadınlardan ibarət “Rabitə” komandası Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının yarımfinalına vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, təmsilçimiz bu uğura Çin “Bohay Bank”ı üzərində 3:1 hesablı qələbə sayəsində nail olub.

İlk setdən 25:20, ikincisindən 25:22 hesablı üstünlüklə ayrılan baş məşqçi Marçello Abbondantsanın komandası üçüncü setdə yenilib – 18:25. Bununla belə, dördüncü set həlledici olub. “Rabitə” 25:21 hesablı üstünlüklə qələbəni təmin edib.

Qrup ikincisi olan komandamızın yarımfinalda B qrupunun birincisi ilə üz-üzə gələcək. Bu isə “Fənərbağca” (Türkiyə) – “Kenya Prisons” (Keniya) cütünün nəticəsinə əsasən müəyyənləşəcək.
# 952

Oxşar yazılar