Kliçko qardaşlarının ilk məşqçisi Azərbaycan millisində - FOTO
Lent.az-ın əldə etdiyi məlumata görə, bu, ukraynalı Vladimir Zolotaryovdur.
60 yaşlı mütəxəssis ölkəmizə gələnədək Ukraynanın gənclərdən ibarət yığmasının baş məşqçisi olub. Lakin o, daha çox dünyaca məşhur Vladimir və Vitali Kliçko qardaşlarının ilk məşqçisi kimi tanınır. Məhz Zolotaryovun rəhbərliyi altında Vladimir Kliçko 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov Lent.az-a açıqlamasında Zolotaryovun yığmamıza baş məşqçi təyinatının hələlik rəsmiləşmədiyini bildirib. Onun sözlərinə görə, təcrübəli mütəxəssis sınaq məqsədilə cəlb olunub. O, hazırda Qəbələdə təlim-məşq toplantısında olan Azərbaycan yığmasının hazırlıq prosesinə nəzarət edir. Səfərov bildirib ki, ukraynalının işi federasiya rəhbərliyini qane etsə, danışıqlar aparılacaq və rəsmi müqavilə imzalanacaq. Zolotaryovun əməyinin nəticəsi isə 14 – 17 noyabrda Bakıda keçiriləcək tələbələr arasında dünya çempionatında üzə çıxacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası 2012-ci il London Yay Olimpiya Oyunlarında Nəriman Abdullayevin rəhbərliyi altında çıxış edib və 2 bürünc medal qazanıb. Həmin medallara Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) sahib olub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

ÇL: “Qarabağ”dan inamlı qələbə
20 avqust 2025 , 01:00
Futbol klubu baş məşqçinin bu hərəkətinə görə fəaliyyətini dayandırdı
19 avqust 2025 , 18:25
Rus dilində danışan futbolçuya sarı vərəqə verildi
19 avqust 2025 , 16:44
Baş məşqçi oyun zamanı hakimi döydü
19 avqust 2025 , 13:28
Premyer Liqanın pul maşını: 7,5 milyard avro gəlir və böyük borclar - nə baş verir?
19 avqust 2025 , 11:32
Dünyanın ən seksual idmançısı karyerasına fasilə verdi: Alisa Şmidtin səhhətində problemlər var
19 avqust 2025 , 10:19
Dünya çempionatı: Güləşçilərimiz iki medal qazandı
19 avqust 2025 , 01:41