Topaz Premyer Liqası: Ağdam komandası rəsmən Bakının mərkəzində!
16 oktyabr 2012 12:34 (UTC +04:00)

Topaz Premyer Liqası: Ağdam komandası rəsmən Bakının mərkəzində!

Futbol üzrə Topaz Premyer Liqasında IX turun oyunlarının başlama saatı və yeri açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdamı təmsil edən “Qarabağ” klubu “Bakı”nı elə paytaxtın mərkəzindəki Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Klub rəhbərliyi Ağdamdakı Quzanlı Olimpiya Kompleksinin stadionundan imtina edib. Respublika stadionu isə yenidənqurmadan sonra ilk dəfə milli çempionat matçına sahiblik edəcək.

Tura oktyabrın 19-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda ötənlərin barışmaz rəqibləri “Neftçi” və “Kəpəz” arasındakı qarşılaşma ilə start veriləcək. Son oyun isə oktyabrın 21-də “Xəzər Lənkəran”la “Qəbələ” arasında Lənkəran şəhər stadionunda baş tutacaq.

19 oktyabr (cümə)

16:00. “Neftçi” (Bakı) – “Kəpəz” (Gəncə)
Bakı, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

20 oktyabr (şənbə)

16:00. “Turan” (Tovuz) – AZAL (Bakı)
Tovuz şəhər stadionu

16:00. “Qarabağ” (Ağdam) – “Bakı”
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

18:00. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)
Bakı, “Şəfa” stadionu

21 oktyabr (bazar)

16:00. “Sumqayıt” – “Rəvan” (Bakı)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:15. “Xəzər Lənkəran” – “Qəbələ”
Lənkəran şəhər mərkəzi stadionu.
# 1103

Oxşar yazılar