Dünya çempionumuz titulunu qorumağa yollandı
11 oktyabr 2012 12:54 (UTC +04:00)

Dünya çempionumuz titulunu qorumağa yollandı

Lent.az-ın məlumatına görə, komandamız oktyabrın 14-də start götürəcək klublararası dünya çempionatında çıxış edəcək.

Səfər öncəsi “Rabitə” son yoxlama matçına çıxıb. Baş məşqçi Marçello Abbondantsanın komandası “Azərreyl”i 3:2 hesabı ilə yenib. Dünya çempionatında isə “Rabitə” ilk görüşünü oktyabrın 15-də keçirəcək. A qrupunda yer alan təmsilçimiz həmin gün Braziliya “Sollis Nestle”si ilə üz-üzə gələcək. Ertəsi gün rəqib Çinin “Bohay Bank”ı olacaq. B qrupunda isə Türkiyənin “Fənərbağça”, Keniyanın “Prisons” və Puerto-Rikonun “Lançeras de Katano” komandaları yer alıb. Hər qrupda ilk 2 yeri tutanlar oktyabrın 18-də baş tutacaq yarımfinala yüksələcəklər. Final matçı isə oktyabrın 19-da keçiriləcək.

Qeyd edək ki, 2011-ci il dünya çempionatının qalibi adını “Rabitə” qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1133

Oxşar yazılar