Adrian Pit: “Ötən mövsüm Dodo və Flavinyo da çox yaxşı çıxış edib” - FOTO
11 oktyabr 2012 11:45 (UTC +04:00)

Adrian Pit: “Ötən mövsüm Dodo və Flavinyo da çox yaxşı çıxış edib” - FOTO

0
“Ən yaxşı yarımmüdafiəçi seçildiyim üçün xoşbəxtəm. Cari mövsümdə də uğurlu çıxış etməyə çalışacağıq”. Lent.az-ın məlumatına görə, bunu 2011/2012-ci il mövsümündə Unibank Premyer Liqasının ən yaxşı yarımmüdafiəçi seçilən Adrian Pit www.pfl.az saytına deyib.

O, komandasının cari mövsümə uğursuz nəticələrlə başlamasının səbəbini də açıqlayıb: “Buna qədər Lənkəranda yalnız bir oyun keçirmişik, “Kəpəz”ə qarşı oyunda qalib gəlmişik. Digər oyunlarımızı səfərdə oynamışıq. Lakin bundan sonra bütün ev oyunlarımızı Lənkəranda keçirəcəyik və bizim üçün Lənkəranda – doğma azarkeşlərimiz önündə oynamaq çox önəmlidir”.

Pitin fikrincə, yarımmüdafiəçilərdən ötən mövsüm “Neftçi”nin heyətində Flavinyo və “Qəbələ”nin hücumçusu Dodonun çox yaxşı çıxış ediblər: “Premyer Liqada, həqiqətən də, çox səviyyəli, peşəkar futbolçular çıxış edir. Ötən mövsüm “Xəzər Lənkəran”ın şərəfini qoruyan Emeka Opara da çox yaxşı futbolçu idi. “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobayın da çıxışı çox xoşuma gəlir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 803

Oxşar yazılar