Kamran Ağayev: “İnanmırdım” - FOTO
0
0
“Ötən mövsümün ən yaxşı qapıçısı seçildiyim üçün şadam. Bu uğuru qazanmaq asandır, ancaq qorumaq çətindir. Düzünü desəm, bu mükafatı qazanacağıma o qədər də inanmırdım. Çünki ötən mövsüm zədələrə görə bir qədər yaxşı çıxış edə bilməmişdim”. Lent.az-ın məlumatına görə, bunu Unibank Premyer Liqasında 2011-2012-ci il mövsümünün ən yaxşı qapıçısı adına layiq görülən Kamran Ağayev www.pfl.az saytına deyib.
Ağayev bildirib ki, Azərbaycanda yetərincə peşəkar qapıçılar var, hətta Avropa səviyyəli qapıçılarımız yetərincədir: “Stabil oynamağa çalışmaq lazımdır. Komandam üçün əlimdən gələni etmişəm və bundan sonra da edəcəyəm. Məni bu mükafata layiq görənlərə təşəkkür edirəm. Onların etimadını doğrultmağa çalışacağam. Komanda yoldaşım Kamal Bayramov da yetərincə peşəkar qapıçıdır. O, Avropada çıxış etməyə layiq olan futbolçudur. Sadəcə “idman xoşbəxtliyi” onun üzünə gülmür. Kamalın üstündə təzyiqlər çoxdur”.
Qeyd edək ki, sorğu İdman Araşdırmalar Mərkəzi tərəfindən 37 KİV arasında aparılıb.